Əfqanıstanda partlayış: 7 nəfər ölüb

   Əfqanıstanda partlayış:    7 nəfər ölüb
  06 Dekabr 2022    Oxunub:479
Əfqanıstanın şimalında yerləşən Məzari-Şərif şəhərində yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində azı 7 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bu barədə Bəlx vilayətinin təhlükəsizlik komandanlığının nümayəndəsi Məhəmməd Asif Vəziri məlumat verib.

Taliban partlayışın çərşənbə axşamı səhər baş verdiyini təsdiqləyib. Onların sözlərinə görə, neft bölməsinin, sərhəd şəhərinin gömrük idarəsinin və Hayratan limanının əməkdaşlarının olduğu avtobusu mina partladıb.

Hələlik ölkədə fəaliyyət göstərən qruplardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti