İtaliya sahillərində miqrantlarla dolu qayıq batdı

İtaliya sahillərində miqrantlarla dolu qayıq batdı
  06 Dekabr 2022    Oxunub:504
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan daha bir qayıq batıb.
Altı metr uzunluğundakı qayığın batması nəticəsində ikisi uşaq olmaqla 4 nəfər itkin düşüb. İtaliyanın sahil mühafizəsi xidmətinin əməkdaşları üçü qadın olmaqla 32 nəfəri xilas edib.

İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 1-dən dekabrın 2-dək dəniz yolu İtaliyaya 94 min 606 qeyri-qanuni miqrant gəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti