KİV: Trass deputatlığa namizəd olacaq

   KİV:    Trass deputatlığa namizəd olacaq
  05 Dekabr 2022    Oxunub:480
Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass yenidən siyasətə qayıdır. O, 2024-cü il seçkilərində Cənub-Qərbi Norfolkdan deputatlığa namizədliyini verəcək.
AzVision.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti Trassın sözçüsünə istinadən məlumat yayıb.

Qeyd edək ki, Liz Trass oktyabrın 20-də baş nazir postundan istefa verib. O, Britaniyanın baş naziri kimi 50 gündən az vaxt keçirərək antirekord vurub. Keçmiş maliyyə naziri Rişi Sunak isə oktyabrın 25-də hökumətin yeni başçısı olub.

AzVision.az



Teqlər:





Xəbər lenti