AzVision.az Newsru.co.il-ə istinadən xəbər verir ki, Rusiyanın məlum niyyətləri barədə müxbir Gili Koen İsrailin Kan-11 telekanalının xəbər buraxılışında məlumat verib. Qeyd olunur ki, son günlər Rusiya Federasiyası və İsrail nümayəndələri arasında danışıqlar aparılıb.
Danışıqlar aparan şəxslərə yaxın mənbənin sözlərinə görə, söhbət məhz Rusiyanın Ukraynada cəbhəyə silah aparmaq planlarından gedirdi. Bunun üçün ruslar İsraildən “silah yerdəyişmələrinə müdaxilə etməməyi və prosesə qarışmamağı” xahiş ediblər.
İsrail mediası Rusiyanın Təl-Əvivdəki səfirliyinin hələlik bu məlumatı şərh etmədiyini yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:
İsrail
Rusiya
Silah
Ukrayna