Ukraynada qış döyüşləri necə keçəcək? - Müharibə Araşdırmaları İnstitunun proqnozu

      Ukraynada qış döyüşləri necə keçəcək?    - Müharibə Araşdırmaları İnstitunun proqnozu
  05 Dekabr 2022    Oxunub:438
Ukrayna ordusu üstünlüyü qoruyub saxlasa və uğurlu əməliyyat aparmaq bacarıqlarını davam etdirsə, qışda da ardıcıl şəkildə nailiyyətlər qazana biləcək.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında məlumat verilib. Analitiklər Ukrayna rəsmilərinə istinadən yazırlar ki, Ukrayna ordusu yeni tutulan möveləri möhkəmləndirmək və Rusiya qüvvələrinin döyüş meydanında təşəbbüsü ələ keçirməsinin qarşısını almaq üçün bütün qış boyu hücum əməliyyatlarını davam etdirməyi planlaşdırır. Bununla belə, Amerika kəşfiyyatı qışda Ukraynadakı hərbi əməliyyatların sürətinin azalacağını proqnozlaşdırıb.

ABŞ kəşfiyyatından Ukraynadakı müharibə ilə bağlı proqnoz
İnstitutun ekspertlərinin fikrincə, Ukraynanın hərbi təşəbbüsü qoruyub saxlaması Ukrayna qüvvələrinin qışda ardıcıl əməliyyatlar keçirib-keçirməməsindən asılı olacaq.

Analitiklər həmçinin proqnozlaşdırırlar ki, Ukrayna Silahlı Qüvvələri payız aylarının palçıqlı yolları, çölləri ilə müqayisədə qışın donmuş torpaqlarından daha səmərəli istifadə edəcəklər. Onlar daha asan irəliləyişlər üçün torpaqların donmasından yararlanmağa hazırlaşırlar.

Həmçinin, ISW Rusiya mənbələrinə istinadən xəbər verir ki, Ukrayna qoşunları Kremensk və Svatov istiqamətlərində əks-hücum əməliyyatlarını davam etdirirlər. Ruslar isə Baxmut və Avdeyevka bölgələrində hücum əməliyyatları aparırlar.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ukrayna   Döyüş  







Xəbər lenti