Rusiyada bina çökdü : 6 ölü, 10 yaralı - YENİLƏNİB

   Rusiyada bina çökdü :   6 ölü, 10 yaralı - YENİLƏNİB
  04 Dekabr 2022    Oxunub:1036
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 6-ya çatıb, xəsarət alanlar var.
AzVision.azTASS-a istinadla xəbər verir ki, Nijnevartovsk şəhərinin Mira küçəsində partlayış zamanı beşmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələri uçub.

Şəhər rəhbərliyinin məlumatına görə, 6 nəfər ölüb, 10 nəfər xəstəxanalara yerləşdirilib.
***
Rusiyanın Nijnevartovsk şəhərində yaşayış binasında iki mərtəbənin uçması nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb.

AzVision.az xəbər verir ki, Rusiyanın Nijnevartovsk şəhərinin Mira küçəsində beşmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələri uçub.

Son məlumatlara görə, bir nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Evin daha 52 sakini təxliyə edilib. Təcili yardım xidmətləri dağıntılar altında insanların ola biləcəyini istisna etmir.

İlkin məlumatlara görə, mənzillərdən birində məişət qazının partlaması baş verib və nəticədə evin bir neçə mərtəbəsi uçub.

Hazırda əməliyyat xidmətlərinin nümayəndələrinin cəlb olunduğu fövqəladə hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti