Ermənistanda Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanat qəbul edilmədi

Səsvermədən üç saat əvvəl iqtidar və müxalifət arasında üç saatlıq danışıqlar prosesi baş tutub və ölkə rəhbərliyinin hərəkətləri ilə bağlı gərgin müzakirələr aparılıb.
Milli Məclis noyabrın əvvəlində Azərbaycan parlamentinin qəbul etdiyi analoji sənədə cavab olaraq “Hayastan” müxalifət blokunun təklif etdiyi bəyanat layihəsini müzakirə etmək və qəbul etmək üçün cümə günü növbədənkənar iclas keçirib.
Bəyanatın mətnində olan “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” və bir sıra başqa ifadələr hakim fraksiyanın xoşuna gəlməyib.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb. İclasda müxalif “Hayastan” blokunun təklifi ilə noyabrın əvvəllərində Azərbaycan parlamentinin qəbul etdiyi sənədə cavab olaraq bəyanatın qəbul edilməsi təklif olunub.
Aytən Zəhra
AzVision.az
Teqlər: