Rusiyada qırıcı qəzaya uğrayıb

"MiQ-31 Alekseevka kəndi yaxınlığındakı meşədə qəzaya uğrayıb. Ekipaj sağdır. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Təyyarə boş sahəyə düşüb və dağıntı yoxdur”, - Fövqəladə Hallar Xidmətindən bildirilib.
Hələlik pilotların vəziyyəti barədə ətraflı məlumat verilmir.
Qeyd edək ki, son aylar Rusiyada tez-tez qırıcı qəzaları baş verir. Hətta onlardan ikisi yaşayış binasına düşüb.
Tural Tağıyev
AzVision.az