![]() |
Ermənistanda təyyarə qəzasında ölənlər Rusiya vətəndaşlarıdır |
Qeyd edək ki, qəza dekabrın 1-i günorta saatlarında Ermənistanın Craber kəndi yaxınlığında baş verib. Təyyarənin yalnız "quyruq" adlanan bölməsi salamat sağ qalıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza nəticəsində pilotlar ölüb. Onlar Rusiya vətəndaşları olan A.P. (1979-cu il təvəllüdlü) və V.R. (1983-cü il təvəllüdlü) olub. Şəxsi təyyarə Slovakiyada qeydiyyatdan keçibmiş. Rusiya vətəndaşları “Zvartnots” hava limanından Həştərxana doğru uçublar. İnsidentin ilkin səbəbi kimi əlverişsiz hava şəraiti, sıx duman fonunda görüntünün pisləşməsi göstərilir.
Tural Tağıyev
AzVision.az