![]() |
"650 min dollara şam ağacı quraşdırınca əsgərə geyim alardınız" - Kazaryan |

Məsələn aktivist Artak Arutyunyan aidiyyəti qurumların cəmiyyətin narahatlığına anormal reaksiya verməsindən gileylənib.
Opera müğənnisi Asmik Papyan da tarixi binaların deşilib, fasadlarının korlanmasına biganə qalmayıb. O qeyd edib ki, “Respublika Meydanının memarlıq abidələrini, tarixi binaların daşlarını, fasadlarını deşmək, dağıtmaq, qoparmaqla biz nə Paris, nə də Nyu York olmayacağıq...".

"Milli Mətbuat Klubu"nun rəhbəri Narine Mkrtçyan isə açıqlamasında qeyd edib ki, “İndiki hakimiyyət əvvəlkilər kimi İrəvanı “pul üstündə oturan” bir paytaxt hesab edirdi. Ona görə də onlar pul qazanmaq üçün tarixi İrəvanı dağıdırlar. İndiki şam ağacları, binalara zərər vuran çilçıraq oyunları da pul tələsidir".

"Hayastan" blokunun üzvü Narek Mantaşyan isə məsələyə daha maraqlı formada yanaşıb. O, Nikol Paşinyanın evində çəkdirdiyi köhnə fotonu paylaşaraq yazıb: "Bu onların evinin içidir. Evin divarlarını o qədər yaxşı vəziyyətdə saxlayıblar ki, siz də Respublika meydanının, buradakı binaların fasadının deşilməsi, cızılması, qoparılması, ümumilikdə zədələnməsindən təəccüblənirsiniz... Sərxoş donuzdurlar".

Qeyd edək ki, məsələyə ilk reaksiya verənlərdən olan Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan “Ayeli” klubunda keçirdiyi mətbuat konfransında ölkə rəhbərliyini sərt şəkildə tənqid etmişdi. O qeyd edib ki, satınalma prosedurlarında da şübhəli məqamlar çoxdur, məlum məsələlərlə bağlı heç tender elan etməyiblər.
"Birbaşa korrupsiya riski var və kimə pul vermək istəyirlərsə, layihəni ona da verirlər. Əsgərlərin təhlükəsizliyi, müdafiəsi üçün 650 min dollarla nə qədər işlər görmək, təhlükəsizlik jiletləri, əşyalar almaq olardı. Hərbçilərimiz sərhəddə müdafiəsiz, silahsız qalıblar. Amma hökumətin bütün küçələri, divarları işıqlarla yanır, fənərlər asılır... Üstəlik, bu yayılan rəqəm indiyə kimi xərclənən məbləğdir. İşlər hələ də davam edir".
Tural Tağıyev
AzVision.az