Avropa nəhəngi Rusiyadan titan alışını dayandırır

Təyyarə istehsalı ilə məşğul olan nəhəng şirkət hazırda Rusiyadan hələ də lazımi xammalın bir hissəsini alır. Lakin hər şey satınalmalardan tədricən tam imtinaya doğru gedir.
Nəşr öz mənbələrinə istinadən yazıb ki, Avropa konserni ABŞ və Yaponiyadan daha çox titan almağa başlayıb.
Xatırladaq ki, Ukraynaya hücum səbəbindən Rusiyaya qarşı irimiqyaslı sanksiyaların tətbiqindən sonra Qərb şirkətləri əsas sənaye sahələrində, o cümlədən aviasiya sahəsində əməkdaşlığı tədricən məhdudlaşdırıblar. 2022-ci ilin martında Amerikanın Boeing-i rus titanından imtina etdi. Şirkət Rusiyada titanın 35%-ə qədərini alıb. Airbus-da isə bu rəqəm 65%-ə çatıb.
Tural Tağıyev
AzVision.az