SEPAH-ın generalı həbs edildi

Məlumata görə, o, bir müddət əvvəl bir səs yazısı yayaraq Tehran hakimiyyətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırıb.
Keçmiş komandir bildirib ki, məhkəmə-tibb ekspertizanın etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə “kəllə sümüyünün zədələnməsi diaqnozunu” qoymaqla reallığı ört-basdır edib: “Artıq xalqın əsas hədəfi rəhbərdir (ayətullah Seyid Əli Xamaeneini nəzərdə tutur-red.), şüarlar birbaşa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir”.
Bildirilib ki, o, İran-İraq müharibəsi dövrünün əsas komandirlərindən biri və qvardiyanın (SEPAH-ın) hərbi dəniz qüvvələrinin qurucularındandır.
Məlumata görə, İran rəsmilərini “ambisiyalı və şəxsiyyətsiz” adlandıran keçmiş komandir deyib ki, “sağlam düşüncə” bu hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürərək üzr istəsə idi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşardı.
Generalın həbs xəbərini təsdiqləyən İranın "Səham News" saytı onun saxlanıldığı yer barədə məlumat verilmədiyini bildirib.
AzVision.az
Teqlər: