“Airbus” Rusiya titanından imtina edir

“Airbus” Rusiya titanından imtina edir
  02 Dekabr 2022    Oxunub:675
Bir neçə ay ərzində “Airbus”ın təyyarə istehsalında Rusiya titanının istifadəsi dayandırılacaq.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə “Airbus Defence and Space” şirkətinin baş direktoru Maykl Şolhorn məlumat açıqlayıb.

“Biz titan ixracında Rusiyadan ayrılmaq prosesindəyik. Bu məsələyə illər yox, aylar lazım olacaq. “Airbus” hələ də Rusiya titanının müəyyən faizini alır, lakin biz aydın şəkildə ondan müstəqil olmaq yolundayıq”, - Şolhorn deyib.

Onun sözlərinə görə, “Airbus” artıq hərbi texnika istehsalında Rusiya titanının istifadəsindən imtina etsə də, mülki təyyarələr üçün onu ixrac edib.

“Airbus” Rusiyadan gələn titanı ABŞ və Yaponiyadan tədarüklə əvəz etməyi planlaşdırır.

Bununla belə, “Reuters” aydınlaşdırıb ki, yeni titan tədarükçülərinin sertifikatlaşdırılması prosesi illər çəkə bilər - bunlar aerokosmik sənayenin ciddi standartlarıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti