"Məncə, atamın qurbanlarından biri də mənəm", Ömər əlavə edərək bildirib ki, ömür boyu bir bölgədən digərinə köçərək yaşamaq məcburiyyətində qalıb:
"15 yaşında atamın mirasını davam etdirmək üçün seçildim. Atam heç vaxt məndən “Əl-Qaidə”yə qoşulmağı xahiş etməyib, amma işin davam etməsi üçün seçilmiş oğul olduğumu deyirdi. Mən o həyata uyğun olmadığımı bildirəndə məyus oldu”.

"Daily Star"da yer alan müsahibədə Ömər uzun müddət atasının hərəkətlərini tənqid etdiyini bildirib. O, 2001-ci il sentyabrın 11-də məşhur Əkiz Qüllələrə hücumdan əvvəl atasını və Əl-Qaidəni tərk etmək qərarını veribmiş.
“Əl-Qaidə”dən ayrıldıqdan sonra Ömər 2011-ci ildə öldürülən cihadçı atası ilə bir daha danışmayıb.
“Ona nə etdiklərini bilmirəm. Onun cəsədini okeana atdıqlarını dedilər, amma inanmıram”. Ömərin atasını hələ də sevib-sevmədiyini soruşduqda, "Nə olursa olsun, ailə həmişə ailə olacaq" deyib. Bin Ladenin ölümündən sonra ona atasının cəsədini görmək şansı verilməyib. “Əl-Qaidə”dən ayrıldıqdan sonra hər şeyin yaxşılaşacağını düşünən Ömər hələ də “bin Laden” soyadını daşıdığı üçün insanlar tərəfindən mühakimə edilyini vurğulayıb.

"Hazırda həyatda qalmağa çalışıram. Yaşadığım travmalara görə bəzən dərman qəbul etməli oluram".
Fərqli həyat tərzi olan Ömərbu gün beynəlxalq miqyasda tanınan bir rəssamdır. Onun Əfqanıstan mənzərələrini əks etdirən rəsmlərinin hər biri 8500 funt sterlinq civarında bütün dünyada satılır.
Ömər Zeynəb bin Ladenlə evlənib və hazırda Fransanın Normandiya şəhərində yaşayır.


Aytən Zəhra
AzVision.az