KİV: "Conson siyasətdən getmir"

      KİV:    "Conson siyasətdən getmir"
  01 Dekabr 2022    Oxunub:627
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson siyasətdən getməmək və növbəti parlament seçkilərində yenidən namizəd olmaq qərarına gəlib.
"Daily Telegraph" qəzetinin məlumatına görə, keçmiş hökumət başçısı Mühafizəkarlar Partiyasının bölməsinin üzvlərinə niyyəti barədə məlumat verib.

Nəşr qeyd edib ki, Consonun dekabrın 5-dək Tori rəhbərliyini məlumatlandırmaq barədə vaxtı var. Qeyd olunur ki, yenidən İcmalar Palatasına seçilmək Consona mühafizəkarların lideri və ölkənin baş naziri postu uğrunda yenidən mübarizə aparmağa imkan verəcək. Eyni zamanda, parlament seçkilərinin tarixinə yaxın onun fikrini dəyişmək və seçkilərdə iştirakdan imtina etmək hüququ var.

AzVision.az

Teqlər:







Xəbər lenti