Amazon Ukraynaya 75 milyon dollar dəstək verəcək

Amazon Ukraynaya    75 milyon dollar    dəstək verəcək
  01 Dekabr 2022    Oxunub:345
Amazon Web Services (AWS) və Ukrayna 2023-cü il üçün əməkdaşlıq memorandumu imzalayıb. AzVision.az xəbər verir ki, şirkət Ukraynaya dəstək üçün 75 milyon dollar verəcək.
Baş nazirin müavini Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixail Fedorovun deyib ki, müharibənin başlayandan AWS ölkənin rəqəmsal infrastrukturuna dəstək olan ilk şirkətlərdən biri olub.

"Şirkət 100-ə yaxın dövlət reyestrinin saxlanması üçün milyonlarla dollar dəyərində xidmətlər göstərib. Bu, reyestrlərə hətta Rusiyanın atəşi və elektrik enerjisinin kəsilməsi zamanı da işləməyə və ukraynalılara dövlət xidmətlərini onlayn rejimdə almağa imkan verdi", - Fedorov bildirib.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti