Ermənilər Qarabağın ətrafındakı beş rayondan çıxmalı, iki rayonu saxlamalı idilər - Lavrov

   Ermənilər Qarabağın ətrafındakı beş rayondan çıxmalı, iki rayonu saxlamalı idilər  -    Lavrov
  01 Dekabr 2022    Oxunub:625
Rusiyanın Qarabağ nizamlanması ilə bağlı hələ 2012-ci ildə təklifləri olub. Həmin təkliflər o vaxt qəbul olunsaydı, bu problemi birdəfəlik həll etmək olardı.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Həmin dövrdən Qarabağın statusunun sonraya saxlanılması konsepsiyası meydana çıxıb. Konsepsiya çox sadə idi. Ermənilər Qarabağın ətrafındakı beş rayondan çıxırlar, Qarabağla Ermənistanı birləşdirən iki rayonu saxlayırlar və bu iki rayonun taleyi - onlar Azərbaycan rayonlarıdır, heç kəs bunu mübahisə etmir - Qarabağın statusunun müəyyən olunacağı müddət ərzində müəyyən olunacaq. Həmin zaman ilk dəfə statusun sonraya saxlanılması konsepsiyası meydana çıxmışdı. “Sonraya saxlanılması”, yəni gələcək nəsillərə anlamını verir. Daha sonra müharibə oldu. Üçtərəfli bəyanatlar qəbul olundu, üçtərəfli sammitlər baş tutdu. Həmin vaxt anlayış vardı ki, Qarabağın statusunu sonraya saxlamaq olar. Bundan çıxış edərək Rusiya öz sülh müqaviləsi variantını formalaşdırıb, hansı ki, bu ilin yazında tərəflərə təqdim olunub. Orada həmin fraza (“statusun sonraya saxlanılması”–red.) saxlanılıb. Azərbaycan tərəfi praktiki olaraq hər şeyi dəstəklədiyini deyib. Lakin status məsələsi əlavə olaraq işlənilməlidir.

Oktyabrın sonunda Soçidə görüşəndə biz bu məsələyə qayıtmaq istədik və anlamaq istədik ki, tərəfdaşlarımız bütün məsələləri həll edib Qarabağın statusunu sonraya saxlamağa nə qədər hazırdırlar. Lakin Prezident Əliyev və Baş nazir Paşinyan Praqadan həmin sənədi gətirmişdilər, hansı ki, orada onların sülh müqaviləsini BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq imzalamaq istədikləri qeyd olunub. MDB-nin yaradılması ilə bağlı Alma-Ata Bəyannaməsində dəqiq yazılıb ki, mən artıq bunu qeyd etdim, yeni dövlətlər arasındakı sərhədlər keçmiş SSRİ-nin ittifaq respublikaları arasındakı inzibati sərhədlərə əsaslanacaq, harada ki, Dağlıq Qarabağ Muxtar Vilayət birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsidir. Ona görə də, bu razılaşmanı imzalayaraq bizim erməni həmkarlarımız deyirlər qoy Rusiya Qarabağın statusu ilə bağlı öz təklifini təsdiq eləsin. Başa düşürsünüz ki, bu, bir az danışıqların aparılması operasından yox, başqa operadandır”.

Xatırladaq ki, əslində ermənilərin Qarabağın ətrafındakı beş rayondan çıxmalı ilə bağlı təklifin olmasını Rusiya prezidenti Vladimir Putin də "Valday" klubunda çıxışı zamanı demişdi. Çıxışın videosu:

AzVision.az

Teqlər:







Xəbər lenti