
Çin bəyan edib ki, bu insident ABŞ-ın addımlarının Cənubi Çin Dənizində təhlükəsizliyə əsas təhdid olduğunu göstərir. “Amerika dəniz hegemonluğuna və Cənubi Çin Dənizinin militarizasiyasına can atır”,- deyə general Tyan Tszyun Li “Weibo” sosial şəbəkəsindəki rəsmi hesabında bildirib.

Bayden ilə Si Cinpinin bir qədər əvvəl baş tutan görüşündən sonra yaşanan bu insident düşünməyə vadar edir. “Mən Si Cinpinə demişəm ki, ABŞ-ın dəyərlərini və maraqlarını, həmçinin beynəlxalq insan hüquqlarını, beynəlxalq qaydaları qorumaqda davam edəcəyik”- Bayden görüşdən sonra bildirmişdi.

Burada maraqlı məqam odur ki, Spartli (Çində “Nanşa” adlandırırlar) arxipelaqındakı adalar qismən mübahisəli ərazi olsa da, Pekin onları özününkü sayır. Son vaxtlar ABŞ mediasında yayılan xəbərlərə görə, Çin adalarda geniş hərbi infrastruktur tikintisi ilə məşğuldur.
ABŞ-ın regiondakı müttəfiqi olan Filippinin , həmçinin Vyetnamın da Spartli adalarından bəzilərinə iddiaları var.
Çinin Spartli adasında tikdiyi hərbi infrastrukrun fotolarına aşağıdakı qalereyada baxa bilərsiniz.
Tariyel Həsənov
AzVision.az