![]() |
Stepan Qalstyan həbs edilib |
“Hazırda Stepan Qalstyan mülki xəstəxanadadır, sağlıq durumu qeyri-qənaətbəxş qiymətləndirilir”, - vəkil deyib. O həmçinin Qalstyanın diaqnozunun tibbi sirr olduğuna işarə edərək xəstəliyin adını açıqlamayıb.

Xatırladaq ki, ötən ilin sentyabrında keçmiş müdafiə naziri David Tonoyan qalmaqallı şəkildə həbs edildi. Onunla bərabər istintaq təcridxanasına Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan, aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və ordu məsələləri ilə birbaşa bağlı olan biznesmen David Qalstyan da salındı. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasına dair proseslərdə iştirakda və 4,6 milyon dollar mənimsəməkdə ittiham edir.
Tural Tağıyev
AzVision.az