"650 min dollara şam ağacı quraşdırınca əsgərə geyim alardınız" - Kazaryan

   "650 min dollara şam ağacı quraşdırınca əsgərə geyim alardınız" -    Kazaryan
  28 Noyabr 2022    Oxunub:851
Ermənistanın paytaxtı İrəvan yeni il bayramına hazırlaşır. İkinci Qarabağ müharibəsindən sonra İrəvan meriyasının küçələrə, yeni il bayramı hazırlıqlarına əlavə xərclər ayırması erməni cəmiyyətinin hiddətinə səbəb olub.
Hazırda meriya meydanların yeni il bayramına dair aksesuarlarla bəzədilməsinə, şam ağaclarının quraşdırılmasına, bəzək əşyalarının alınmasına azı 650 min dollar xərcləyib.

Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan “Ayeli” klubunda keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq ölkə rəhbərliyini sərt şəkildə tənqid edib. O qeyd edib ki, satınalma prosedurlarında şübhəli məqamlar çoxdur, məlum məsələlərlə bağlı heç tender də elan etməyiblər.

"Birbaşa korrupsiya riski var və kimə pul vermək istəyirlərsə, layihəni ona da verirlər. Əsgərlərin təhlükəsizliyi, müdafiəsi üçün 650 min dollarla nə qədər işlər görmək, təhlükəsizlik jiletləri, əşyalar almaq olardı. Hərbçilərimiz sərhəddə müdafiəsiz, silahsız qalıblar. Amma hökumətin bütün küçələri, divarları işıqlarla yanır, fənərlər asılır... Üstəlik, bu yayılan rəqəm indiyə kimi xərclənən məbləğdir. İşlər hələ də davam edir".

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti