Ukrayna işıqsız qalıb

   Ukrayna işıqsız qalıb
  28 Noyabr 2022    Oxunub:667
Ukraynanın “Ukrenerqo” enerji şirkəti noyabrın 28-də bir sıra elektrik stansiyalarında aqreqatların bağlanması ilə əlaqədar bütün Ukraynada elektrik enerjisinin fövqəladə kəsildiyini bildirib.
Şirkət qeyd edib ki, elektrik enerjisi kəsiri 27% təşkil edir. Əvvəllər bildirilirdi ki, Ukraynanın enerji sistemində gücün çatışmazlığı 20%-dir. Bir gün əvvəl, noyabrın 26-da isə bu göstərici daha yüksək olub və 25%-ə çatıb.

Eyni zamanda, noyabrın 25-də ölkənin enerji sisteminin gücünün dəyəri 30% təşkil edib.

Hazırda Ukraynanın enerji sistemində güc çatışmazlığı ilə bağlı gələcək vəziyyətlə bağlı proqnoz yoxdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti