ABŞ-da təyyarə elektrik xəttində asılı qaldı

ABŞ-da təyyarə elektrik xəttində asılı qaldı
  28 Noyabr 2022    Oxunub:601
ABŞ-da kiçik təyyarə elektrik xəttinə ilişərək asılı qalıb
Federal Aviasiya Administrasiyası ABŞ-ın Merilend əyalətində kiçik bir təyyarənin elektrik xətti ilə toqquşduğunu açıqlayıb. Qəzadan sonra 120 minə yaxın evdə elektrik məhdudiyyəti yaranıb.

Bölgədə bir çox işıq lampaları da sıradan çıxıb. Təxminən 30 metr hündürlükdə 7 saat boyunca köməksiz qalan pilot və sərnişin xilas edilib.

Sima Cəfərova
AzVision.az



Teqlər:





Xəbər lenti