Azarkeş qapıçını vurdu, oyun yarımçıq dayandırıldı - Video

   Azarkeş qapıçını vurdu, oyun yarımçıq dayandırıldı -    Video
  27 Noyabr 2022    Oxunub:657
Türkiyə 1-ci Liqasının 15-ci turunda bu gün keçirilən "Göztepe" - "Altay" oyunu yarımçıq dayandırılıb.
AzVision.az xəbər verir ki, İzmir derbisinin 19-cu dəqiqəsində qonaq komanda tərəfdarları protexniki vasitələrdən istifadə ediblər. Fanatlardan biri yaralandığından meydana təcili tibbi yardım maşını daxil olub.

Bu zaman azarkeşlərdən biri "Altay"ın qapıçısı Ozan Evrim Özençi künc bayrağının dirəyi ilə vurub. Xəsarət alan qolkiper xəstəxanaya aparılıb. Azarkeş isə saxlanılıb.



AzVision.az


Teqlər:





Xəbər lenti