Çində etirazlar: Xalq ayağa qalxdı

      Çində etirazlar:    Xalq ayağa qalxdı
  27 Noyabr 2022    Oxunub:646
Çinin bəzi böyük şəhərlərində koronavirusla əlaqədar tətbiq edilən qadağalara, eləcə də Kommunist Partiyasına qarşı etirazlar keçirilir.
xəbər verir ki, bu barədə AP və "Reuters" kimi Qərb agentlikləri məlumat yayıb.

Bildirilir ki, Pekin, Şanxay, Quançjou və digər şəhərlərdə nümayişlər baş tutub. Sosial şəbəkələrdə etiraz aksiyaları ilə bağlı videolar yayımlanıb. Bəzi bölgələrdə polisin aksiyalara sərt müdaxilə etdiyi və etirazçıları dağıtdığı bildirilib.

Noyabrın 25-dən bəri Çində ən azı 50 universitetdə müxtəlif etiraz aksiyaları keçirilib.

KİV-in məlumatına görə, ölkədə etirazlar Urumçi şəhərində yaşayış binasında baş verən yanğın zamanı on nəfərin ölməsindən sonra başlayıb. Yerli sakinlər hesab edir ki, ölənlər sərt koronavirus məhdudiyyətləri səbəbindən binanı tərk edə bilməyiblər.

Xatırladaq ki, noyabr ayında Çində epidemioloji vəziyyət pisləşib. Pandemiya ilə mübarizə aparmaq üçün səlahiyyətli şəxslər ciddi məhdudiyyətlər və məcburi PCR testi tətbiq edib.

AzVision.az

Teqlər:







Xəbər lenti