Bundestaq Qolodomoru soyqırım kimi tanıya bilər

   Bundestaq Qolodomoru soyqırım kimi tanıya bilər
  25 Noyabr 2022    Oxunub:849
Gələn həftə, noyabrın 30-da Bundestaq Qolodomorun Ukrayna xalqının soyqırımı kimi tanınması ilə bağlı səsvermə keçirəcək.
Bu barədə “Spiegel” qətnamə layihəsinə istinadən yazıb. Səsvermənin təşəbbüskarları Sosial Demokrat Partiyası, Yaşıllar, Azad Demokrat Partiyası və Xristian Demokrat İttifaqından olan parlamentarilərdir.

“Təkcə taxıl istehsal edən rayonları deyil, bütün Ukrayna aclıq və repressiyalardan əziyyət çəkirdi. Bugünkü nöqteyi-nəzərdən soyqırım kimi tarixi və siyasi təsnifat göz qabağındadır. Almaniya Bundestaqı bu təsnifatı bölüşür”, - sənəd layihəsində deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti