AzVision.az xəbər verir ki, o, Paşinyanın baş nazir olmamışdan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qatı əleyhdarı olduğunu iddia edib.
- Paşinyanın yürütdüyü siyasətlə bağlı kimsə nə isə anlaya bilmir. Azərbaycan rəhbəri də bunu bəyan edib ki, rəsmi İrəvandan gələn ziddiyyətli bəyanatlara görə Ermənistanın konkret mövqeləri barədə təsəvvür formalaşdıra bilmirlər. Azərbaycanın, Vaşinqtonun, Brüsselin, Moskvanın və Tehranın təqdim etdiyi təkliflərlə eyni vaxtda razılaşan insanı başa düşmək həqiqətən çətindir”, - eks-səfir "168TV" telekanalının efirində deyib.
Noyabrın 23-də İrəvanda keçirilən KTMT sammitinin nəticələri barədə danışan Kazaryan vurğulayıb ki, “Bu yeni xəbər deyil ki, indiki hakimiyyət İrəvanın KTMT-dən çıxmasını istəyir. Onlar buna çoxdan cəhd edirdilər. Üstəlik, Paşinyan baş nazir vəzifəsinə seçilməzdən əvvəl fraksiya rəhbəri kimi KTMT-dən çıxmağı nəzərdə tutan bəyanat layihəsinin həmmüəllifi olub".
Tural Tağıyev
AzVision.az