Kardaşyanın keçmiş əri: "Trampa vitse-prezidentim ol dedim"

   Kardaşyanın keçmiş əri:    "Trampa vitse-prezidentim ol dedim"
  25 Noyabr 2022    Oxunub:825
ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalı reper, pornoulduz Kim Kardaşyanın keçmiş əri Kanye Uestin üstünə qışqırıb. AzVision.az xəbər verir ki, bu barədə Uest Twitterdə məlumat yayıb.
Reper paylaşdığı videosunda qeyd edib ki, "Masa arxasında əyləşən Tramp qışqırmağa başladı və mənə uduzacağımı söylədi".

Qeyd edək ki, Uest 2024-cü ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirmişdi.

Onun sözlərinə görə, keçmiş ABŞ lideri onu tandem şəklində seçkilərdə iştiraka dəvət edib. Daha sonra reper əks təkliflə çıxış edərək Trampın onun vitse-prezidenti olmasını irəli sürüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Tramp  





Xəbər lenti