Almaniyada enerji böhranı: Su qızdırıcıları söküləcək

      Almaniyada enerji böhranı:    Su qızdırıcıları söküləcək
  24 Noyabr 2022    Oxunub:875
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin qanunverici orqanı qlobal enerji böhranı səbəbindən millət vəkillərinin və parlament işçilərinin ofislərindəki “ani su qızdırıcılarının” söküləcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Şimali Reyn-Vestfaliya (KRV) əyaləti parlamentinin sədri Andre Kuper açıqlama verib.

O bildirib ki, ani su qızdırıcıları ən çox enerji sərf edən cihazlardandır və onların çıxarılması ilə ildə 370 min kilovat-saat elektrik enerjisinə qənaət ediləcək.

Spiker parlamentin dəhlizlərində hərəkət detektorlarının yerləşdiriləcəyini də bildirib. Beləliklə, istilik istehlakına 6 faiz, elektrik enerjisi sərfiyyatına isə 15 faiz qənaət ediləcək.

Gələn ildən damda günəş enerjisi panelləri quraşdıracaqlarını açıqlayan Kuper, parlamentin enerji istehlakının azaldılmasında "rol modeli" olacağını və 2030-cu ilə qədər iqlim neytrallığına nail olmağın hədəfləndiyini bildirib.


Teqlər:





Xəbər lenti