“İmtahandan pulla keçmək də mümkündür”
Bəs bu qanun Rusiyada işləyən azərbaycanlılara necə təsir edəcək?
AzVision.az bu suala cavab tapmaq üçün Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevə müraciət edib. O, bu qanunun azərbaycanlılara elədə təsir etməyəcəyini bildirir.
“Rusiyada korupsiyanın olduğunu hamı bilir, ona görə bu elə də əhəmiyyətli deyil, pulla imtahandan keçmək də mümkündür. Bu qanun daha çox digər ölkələrin Çindən, Pakistandan gələn miqrantlar üçün nəzərdə tutulub. O ölkələrdən daha çox işləmək üçün gəlirlər və qanunun məqsədi onların sayının azalmasıdır”.
Əlövsət Əliyev bildirib ki, Rusiya orada işləməyə gedən azərbaycanlıların 80%-nin rus dilini bildiyini bildir. “İmtahandan keçmək üçün də minimum rus dili lazımdır. Azərbaycanlılar da rus dilini mimimum səviyyədə bilirlər. Ona görə də bu qanun kütləvi şəkildə azərbaycanlıların ölkədən çıxarılması demək deyil. Ola bilsin ki, bir-iki nəfər imtahandan keçə bilməz, onlar ölkədən çıxarılar. Bu da çinli və eləcə də digər ölkələrin vətəndaşlarının yanında ayrı-seçkilik olmasın deyə edilir. Yoxsa ki, kütləvi şəkildə azərbaycanlıların deportasiyası olmayacaq”-deyə, Miqrasiya Mərkəzinin rəhbəri əlavə edib.
Sevinc İltifatqızı