Gülər Əhmədova ev dustaqlığına buraxılacaqmı?

Gülər Əhmədova ev dustaqlığına buraxılacaqmı?
  09 Aprel 2013    Oxunub:1284
Sabiq deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayev G.Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəsadət qaldıracağını bildirib
Vəkilin sözlərinə görə, o yaxın günlərdə bununla bağlı vəsadət qaldıracaq. Bəs Gülər Əhmədova ev dustaqlığına buraxıla bilərmi?
AzVision.az bu suala cavab tapmaq üçün “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevə müraciət edib. Onun sözlərinə görə, vəkilin tam haqqı var ki, belə bir vəsadət qaldırsın.

“Yəqin ki, bir sıra istintaq şərtləri olub ki, bunların nəticəsində vəkil bu qənaətə gəlib və vəsadət qaldırır. Bu vəkilin haqqıdır”.
Ə.Nuriyevin sözlərinə görə, amma bunu məhkəmə müəyyənləşdirəcək ki, onun barəsində həbs qətiimkan tədbirini dəyişmək olar ya olmaz? “Mən prosesin içində olmadığım üçün bilmirəm ki, arqumentlər nə dərəcədə yetərincədir. Çünki, istintaqda hansı yeni hallar meydana çıxmışdır. Amma hər halda vəkilin buna haqqı var və belə bir iddia ilə çıxış edə bilər”.

Qeyd edək ki, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti