
Qətliam "Kristallnacht" yəni, “Büllur gecə”adlanırılmışdı. Onu tez-tez "Sınıq şüşələr gecəsi" kimi də təqdim edirlər. Yəhudi məzarlarına, xəstəxanalara, məktəblərə və evlərə hücum edərkən qırdıqları şüşələrin gecənin qaranlığında büllur kimi parlaması səbəbindən almanlar bu gecəyə belə ad vermişdilər.

Reynhard Heydrixin hesabatına görə, noyabrın 9-na keçən gecə qırğında ən azı 30000 adam yəhudi olduğuna görə həbs edilmiş və düşərgələrə aparılmışdı. H
ücumlar təkcə Almaniyada deyil, eləcə də Avstriyada və nasistlərin nəzarəti altında olan digər ərazilərdə də baş vermişdi.



Sima Cəfərova
AzVision.az