“Gəlirlər insan kapitalına, gənclərə, təhsilə sərf olunur”

“Gəlirlər insan kapitalına, gənclərə, təhsilə sərf olunur”
  09 Aprel 2013    Oxunub:1463
"Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında özəl sektorun payı sıfır faiz olub, lakin bu gün bu rəqəm 85 faizə çatıb”.
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi şam yeməyində çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Forumda siyasi liderlər və biznes dairələri arasında işgüzar müzakirələrin aparıldığını vurğulayan dövlət başçısı, Azərbaycanda gedən proseslər və Xəzərin enerji ehtiyatlarının hasilatı və nəqli ilə bağlı iştirakçıların daha yaxından məlumatlandırılması baxımından forumun önəmini xüsusi qeyd edib.

Müstəqil Azərbaycanın inkişaf tarixinə qısa nəzər salan dövlət başçısı bildirib ki, 1993-cü ildə ölkəyə sərmayə qoyuluşu ilə bağlı dost dövlətlərə müraciət olunub və həmin ölkələrin köməyi sayəsində Azərbaycan neft-qaz potensialından istifadə etməyə başlayıb. Bundan sonra neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilib.

Müstəqil Azərbaycanın inkişaf tarixinə qısa nəzər salan prezident bildirib ki, 1993-cü ildə ölkəmizə sərmayə qoyuluşu ilə bağlı biz dost dövlətlərə müraciət etdik və həmin ölkələrin köməyi sayəsində Azərbaycan neft–qaz potensialından istifadə etməyə başladı. Bundan sonra neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldildi: "Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında özəl sektorun payı sıfır faiz olub, lakin bu gün bu rəqəm 85 faizə çatıb. O, bp və dünyanın digər nəhəng şirkətləri ilə səmərəli əməkdaşlıq sayəsində Azərbaycanın həyata keçirdiyi böyük layihələrin ölkənin inkişafındakı rolundan danışıb: "Əldə olunan gəlirlər insan kapitalına - gənclərə, təhsilə sərf edilir. Əlverişli coğrafi mövqeyə malik ölkəmizin hava, dəniz, dəmir yolu nəqliyyatına külli miqdarda sərmayələr qoyulur".



Teqlər:  





Xəbər lenti