Bu gün suyunuz kəsiləcək

Bu gün suyunuz kəsiləcək
  09 Aprel 2013    Oxunub:1122
Bakının Sabunçu və Suraxanı rayonuna içməli su fasilələrlə veriləcək.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "+ 126 Qaraçuxur" su anbarında 800 mm diametrli siyirtmə dəyişdirilir.

Bununla əlaqədar aprelin 9-da Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov və Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin bəzi yerlərinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.



Teqlər:





Xəbər lenti