Tromba qarşı effektiv 4 ədviyyat

Tromba qarşı effektiv 4 ədviyyat
  28 Oktyabr 2022    Oxunub:891
Damarlarda tromb tıxacları insult və infakrta birinci səbəbdir.

"Medicina" xəbər verir ki, həkim nutrisoloq İqor Strokov tromblara qarşı təsir edən, içki və yeməklərə qata biləcəyiniz 4 ədviyyat barədə danışıb.

Bunlar trombositlərin artan miqdarını kifayət qədər sala bilir.
"Sarıkök - antikoaqulyant, qandurulducu təsir edir.

Elmi tədqiqatla sübut olunub ki, kurkumin maddəsi trombini inqubə edir, qanın laxtalanmasını salır.
Zəncəfil damardaxili iltihabı azaldır.

Qırmızı istiot qanı duruldur.

Darçın qanı laxtalardan təmizləmək qabiliyyətinə malikdir.

Bu ədviyyatlardan müntəzəm istifadə etmək, trombla mübarizə aparanlara vacibdir.
Amma qan laxtalanması pozulanlar, qanı duru olanlar və trombositləri az olanlar, əksinə onları az istifadə etməlidir".


Teqlər:





Xəbər lenti