"Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalaya bilər" - Paşinyan

"Bu nə dərəcədə realdır? Mən belə cavab verəcəm: hökumət və mən bunun reallaşması üçün hər cür səy göstərəcəyik”, - Paşinyan bildirib.
Baş nazirin qeyd edib ki, Ermənistan hakimiyyəti sülh müqaviləsi imzalanana qədər Azərbaycanla sərhəd delimitasiyasının başa çatdırılmasına ümid edir.
"Praqada ərazi bütövlüyünün qarşılıqlı tanınmasının 1991-ci il sərhədləri əsasında baş tutacağına dair razılaşma əldə olunub. Bu, real ola bilər, çünki həmin sərhədlər məlumdur".
Aytən Zəhra
AzVision.az
Teqlər: