“Dehli İrəvanla birgə hərbi müəssisə yaradacaq” - Yerkanyan

 “Dehli İrəvanla birgə hərbi müəssisə yaradacaq” -    Yerkanyan
  26 Oktyabr 2022    Oxunub:1032
Hindistanın Ermənistana hərbi dəstəyini artırması erməni cəmiyyətində geniş müzakirələrə səbəb olub. AzVision.az xəbər verir ki, araşdırmaçı jurnalist Artem Yerkanyan “Şant” telekanalının efirində çıxışı zamanı mövzu ilə bağlı bir sıra diqqət çəkən açıqlamalar verib.
O, Hindistanın “India Narrative” nəşrinin İrəvana silah-sursat satışı ilə bağlı yaydığı məlumatları da şərh edib.

Dehli İrəvanı yenə silahlandırır: "Akaş" və kamikadze dronlar satılacaq
- Nəşrdə Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Hindistana səfərinin nəticələrinə toxunulub. O da təsdiqlənib ki, dörd milyard dollarlıq sövdələşmə artıq icra prosesindədir və bu saziş təkcə Ermənistana silah tədarükünü deyil, həm də birgə sənaye müəssisələrinin yaradılmasını nəzərdə tutur. Yaradılacaq birgə müəssisənin məhsulları yalnız Ermənistan Respublikasının Silahlı Qüvvələrinə yox, həm də regionun digər ölkələrinə də xidmət etməlidir. Hansılar ki, onlar da Hindistan silahlarının alınması məsələsində maraqlıdırlar. Digər ölkələr kimi isə xüsusi olaraq Misir və Balkan yarımadasındakı dövlətlərin adı çəkilir, - Yerkaryan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Hindistan  





Xəbər lenti