Baydenin reytinqi 40 faizə enib

   Baydenin reytinqi 40 faizə enib
  26 Oktyabr 2022    Oxunub:906
Konqres seçkilərinə iki həftə qalmış ABŞ Prezidenti Co Baydenin reytinqi 40 faizə enib.
“Gallup” sosiologiya xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, amerikalıların yarıdan çoxu Co Baydenin prezident kimi fəaliyyətini mənfi qiymətləndirir. ABŞ-ın hazırkı prezidentinin fəaliyyətinin maksimal bəyənilmə səviyyəsi avqust ayında (44 faiz) minimum bəyənilmə səviyyəsi isə iyulda (38 faiz) qeydə alınıb.

Bu da qarşıdakı seçkilərində onun təmsil etdiyi Demokratlar partiyasının qələbə şanslarının azalması deməkdir. Belə ki, respublikaçılar noyabrın 8-də keçiriləcək seçkilərdə ölkənin ali qanunverici orqanının hər iki palatasında saylarını artıra bilər ki, bu da onlara Co Bayden tərəfindən irəli təkliflərin qarşısını almaq imkanı yaradacaq.

Oktyabrın 3-dən 20-dək keçirdiyi sosioloji rəy sorğusunda 1009 amerikalı iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti