Finlandiyada nüvə silahları yerləşdirilə bilər

   Finlandiyada nüvə silahları yerləşdirilə bilər
  26 Oktyabr 2022    Oxunub:1125
Finlandiyanın NATO-ya üzvlüyü haqqında respublika hökuməti tərəfindən hazırlanmış qanun layihəsi onun ərazisində nüvə silahının yerləşdirilməsinə icazə verir.
Bu barədə “İltalehti” qəzeti ölkənin xarici siyasət və təhlükəsizlik sahəsindəki mənbələrinə istinadən yazıb. Qeyd olunub ki, Finlandiyanın NATO-ya qoşulması ilə bağlı sənəd demək olar ki, hazırdır və iki həftə ərzində baxılması üçün təqdim ediləcək.

Nəşrin məlumatına görə, qanun layihəsində həmçinin NATO-nun hərbi bazalarının və hərbi kontingentinin ölkədə yerləşdirilməsi qadağan edilmir. Sənədi Finlandiyanı üç nazirliyi və Prezident Aparatı birgə hazırlayır.

Vurğulanıb ki, Finlandiyada nüvə silahları, məsələn, Helsinkinin 64 təyyarə sifariş etdiyi F-35 qırıcılarına yerləşdirilə bilər.


AzVision.az



Teqlər:





Xəbər lenti