Ermənistan parlamentinin spikeri: "Marqarita Simonyan və əri agentdir"

      Ermənistan parlamentinin spikeri:    "Marqarita Simonyan və əri agentdir"
  26 Oktyabr 2022    Oxunub:1302
Marqarita Simonyan və əri Tiqran Keosayan, eləcə də müxtəlif ölkələrdəki agentlərin, erməni soyadı ilə yaşayan manqurtların Ermənistana hörmətsizlik edəcəklərini istisna etmirəm”.
AzVision.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsi üçün arzuedilməz şəxs elan olunanlarla bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan KTMT-dən çıxmaq məsələsini müzakirə etmir:

" Ermənistan təşkilatın reaksiyasını gözləyir, indiki mərhələdə bu, siyasi reaksiyadır. Gələcəkdə KTMT-nin regiondan çəkilmək qərarına gəldiyi ortaya çıxsa, o zaman faktla üzləşə bilərik. Amma Ermənistan hakimiyyəti bu gün belə bir məsələni müzakirə etmir. Biz hərəkət gözləyirik, reaksiya gözləyirik. Vəziyyət onu göstərir ki, qərar qəbul etməyimizə çox az vaxt qalıb".

AzVision.az



Teqlər:





Xəbər lenti