![]() |
Britaniya kəşfiyyatı: "İran PUA-ları ləng və səs-küylü olduğu üçün asan vurulur" |
Eyni zamanda o, Ukraynada vurulan Pilotsuz Uçuş Aparatlarının(PUA) fotosunu da nümayiş etdirib. Siyasətçi qeyd edib ki, vurulan pilotsuz təyyarələrin gövdəsi və mühərriklərinin şəkilləri İranın öz dronlarını Rusiyaya satdığını sübut edir.
"Bu, 2021-ci ilin dekabrında İranda keçirilən hərracda təqdim olunan "Şahid-136" pilotsuz təyyarəsidir. Dronun quyruğuna, qanadlarına baxın və onu Ukraynada aşkarlanan PUA-larla müqayisə edin. Bunlar tamamilə eyni məhsullardır. Lakin adları kiril hərfləri ilə gizlədilib. Amma buna baxmayaraq hətta şrift də tam eynidir”, - Hersoq vurğulayıb
Onun sözlərinə görə, İsrail hakimiyyətinin əlində xeyli sayda sübutlar var və onlar İranın “yalanlarını ifşa etmək” üçün onları təqdim etməyə hazırdırlar.
"Dünya bu həqiqəti üzə çıxarmalı və İrana suallar ünvanlamalıdır. Beynəlxalq birlik İranla danışıqlar apara bilərmi? Onlar nüvə bombası istehsalını sürətləndirib, eyni zamanda başqa dəhşətli işlər də görürlər", - İsrail prezidenti fikrini belə yekunlaşdırıb.
Tural Tağıyev
AzVision.az