İranda etirazlar: Universitetlər bağlandı

  İranda etirazlar:  Universitetlər bağlandı
  26 Oktyabr 2022    Oxunub:1024
İranın bir neçə bölgəsində, xüsusilə Ərdəbil və Kürdüstan əyalətlərində universitet və məktəblər bağlanıb.
AzVision.az Günaz.tv-yə istinadən xəbər verir ki, bu barədə İranın tTəhsil Nazirliyi məlumat yayıb.

Hökumət bunun qrip virusunun yayılmasının qarşısını iddia etsə də, məktəblərin bağlanmasının Məhsa Əmininin ölümünün 40-cı günündə çağrılan etiraz aksiyaları ilə bağlı olduğu ehtimal edilir.

Hər iki əyalətdə bir neçə şagird və yeniyetmənin öldürüldüyünə görə, bundan öncə bu əyalətlərdə oktyabrın 26-da geniş nümayişlərə çağırışlar edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti