Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüş yeri və tarixi açıqlandı

   Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüş yeri və tarixi açıqlandı
  26 Oktyabr 2022    Oxunub:751
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.
AzVision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib. “Bəli, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, - o bildirib.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.

AzVision.az



Teqlər:





Xəbər lenti