“Rusiya ilə gərginlik İrəvanın İranla münasibətlərini pisləşdirəcək" - Danielyan

- Ermənistanla Rusiya arasındakı gərginlik artıq ictimai xarakter alıb. Bu, Ermənistan-İran münasibətlərinin pisləşməsinə səbəb ola bilər.
İndiki proseslər sadəcə “gərginlik”lə bitməyə də bilər. Tutaq ki, bir neçə gündən sonra ABŞ seçkilərində respublikaçılar Konqresin yuxarı və aşağı palatalarına nəzarət etməyə başladı. Nəticədə prezidentin hökm etmək gücü iflic olacaq. Bundan sonra isə Ukraynaya yardımların, xərclərin qanuniliyini araşdırmağa başlayacaqlar. Yaxud da deyək ki, Baydenin impiçmentinə başlanılır və ya onun demensiyası sürətli hal alır. Bu mənada ABŞ-ın daxili problemləri dərinləşəcək. Bəs bundan sonra Ermənistandakı mövcud rejimin müdafiəsinə kimlər qalxacaq və bizim regionda nələr baş verəcək?
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan İran