Ukraynaya 9 milyon avroya səhra xəstəxanası veriləcək

Ukraynaya 9 milyon avroya səhra xəstəxanası veriləcək
  25 Oktyabr 2022    Oxunub:1044
Almaniya hökuməti “Zeppelin Mobile Systeme GmbH” şirkəti tərəfindən Ukrayna ərazisində təşkil ediləcək səhra xəstəxanasının tikintisinə dəstək verəcək.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Ukrayna Müdafiə Nazirliyi bu xəstəxananı payızın əvvəlində sifariş edib. Onun dəyəri 9 milyon avro civarında qiymətləndirilir.

“Almaniya hökumətinin dəstəyi ilə şirkət Ukrayna Silahlı Qüvvələrini müasir tipli sahə xəstəxanası ilə təmin edəcək”, - məlumatda deyilir.

Tikinti işlərinin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti