Ermənistanda jurnalistlərin döyülməsi halları artıb

   Ermənistanda jurnalistlərin döyülməsi halları artıb
  25 Oktyabr 2022    Oxunub:838
2022-ci ilin üçüncü rübündə Ermənistanda mediaya və ayrı-ayrı jurnalistlərə təzyiqlər güclənib.Bu barədə Söz Azadlığının Müdafiəsi Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Jurnalistlərə və KİV-ə qarşı müxtəlif təzyiqlərlə bağlı 18, məlumat almaq və yaymaq hüququnun pozulması ilə bağlı 20, o cümlədən 2 fiziki zorakılıq faktı qeydə alınıb. Nnəticədə 3 media nümayəndəsi xəsarət alıb. Mediaya qarşı yeni məhkəmə iddialarının sayı 9 olub”, - deyə məlumatda bildirilir.

Komitə qeyd edib ki, üçüncü rübdə bu ilin ikinci rübü ilə müqayisədə mediaya və jurnalistlərə təzyiq hallarının sayı 7 nəfər olaraq artıb.

KİV nümayəndələrinə qarşı fiziki zorakılıq, məlumat almaq və yaymaq hüququnun pozulması hallarına gəlincə, onların sayı müvafiq olaraq 9 və 4 nəfər azalıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti