Britaniya hökumətində istefalar başladı

   Britaniya hökumətində istefalar başladı
  25 Oktyabr 2022    Oxunub:708
Rişi Sunakın Baş nazir vəzifəsinin icrasına başlamasından sonra Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası naziri Cekob Ris-Moqq istefa verib.
Bu barədə "Sky News" telekanalı məlumat yayıb. Daha əvvəl Ris-Moqq hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin hökumət başçısı postu uğrunda mübarizədə keçmiş Baş nazir Boris Consonu dəstəkləyib.

Qeyd olunub ki, ətraf mühit, ərzaq və kənd inkişafı naziri Ranil Cayavardena, İcmalar Palatasındakı parlament partiyasının təşkilatçısı Vendi Morton da öz vəzifələrindən gedəcək. Bundan əlavə, ədliyyə naziri Brendon Lyuis istefa verdiyini rəsmən elan edib.

AzVision.az



Teqlər:





Xəbər lenti