Ukrayna prezidentə gül buketi ilə eyham vurdu

   Ukrayna prezidentə gül buketi ilə eyham vurdu
  25 Oktyabr 2022    Oxunub:999
Kiyevə səfərə gələn Almaniya prezidenti Frank-Valter Ştaynmayerə süsən(iris) buketi hədiyyə edilib. Bu barədə Ukrayna Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.
Siyasətçinin gəldiyi qatarın kupesinə güldan qoyulduğu bildirilir. Hədiyyə Ukraynanın Berlindən gözlədiyi IRIS-T hava hücumundan müdafiə sistemlərinə işarə kimi qiymətləndirilir.

"Səhər diplomatik qatarımızın kupesindəki fotoşəkildə süsən güllərinin cəmləşməsi təsadüfi deyil: bizim süsənlərə ümumi sevgimiz var, nə etmək olar" - Ukrayna dəmir yollarının mətbuat xidmətinin bəyanatında deyilir.

Xatırladaq ki, Almaniya hökuməti əvvəllər Kiyevə dörd IRIS-T SLM kompleksini verəcəyini bildirmişdi. Hərbi yardımın ilk bölməsi bu yaxınlarda təhvil verilib. Ukrayna digər köməyin edilməsini gözləyir.

Almaniya Müdafiə Nazirliyi bildirib ki, yerdə qalan silahlar yalnız gələn ilə çatdırılacaq.
Onun sözlərinə görə, buna səbəb anbarda hazır sistemlərin olmamasıdır.

Şahanə Rəhimli

AzVision.az



Teqlər:





Xəbər lenti