Onunla eyni təyyarədə ölkəyə geri qayıdan sərnişinlərdən biri bizə məlumat verib ki, baş nazirin xanımı təyyarədə elə də isti qarşılanmayıb. Həmin təyyarədə “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryanın biznes-klassda əyləşməsi sərnişinlərin diqqətindən yayınmayıb. Anna Akopyan isə özünün çoxsaylı kollektivi ilə ekonom sinifdə oturub", - nəşr yazıb.
İddia olunur ki, Anna Akopyan təyyarəyə minib Hayk Konjoryanın yanından keçərkən ona acıqlı şəkildə baxıb.
![]() |
Anna Akopyan açılışa qatıldı, Ermənistan bayrağı endirildi |
"Bundan başqa, sərnişinlərin sözlərinə görə, Anna Akopyanı 8 nəfər müşayiət edib: 3 cangüdən, 3 kişi, 2 qadın. Onlardan biri saç ustası Anuş olub. Cangüdənlər Milli Təhlükəsizlik Xidmətinin loqosu olan qalstuk və kostyum taxıblar. Uçuşun əvvəlində Anna Akopyanın arxasındakı cərgədə oturmuş sərnişinlər, bir neçə qadın və bir kişi Paşinyanın həyat yoldaşına, onu müşayiət edən heyətə: “Bu türklər niyə belə rahat şəkildə təyyarəyə minirlər?” deyiblər. Onlar hətta Qarabağla bağlı yüksək səslə fikirlər də sələndiriblər.
Anna Akopyan isə bütün bunları eşidib və heç bir reaksiya verməyib. Yəqin ki, o artıq belə hadisələrə öyrəşib. Lakin ondan fərqli olaraq cangüdənlər əsəbi davranışlar sərgiləməyə başlayıblar, qızlara iradlarını da bildirməyə çalışıblar. Amma mühafizənin rəhbəri buna ehtiyac olmadığına işarə edib".
Tural Tağıyev
AzVision.az