Almaniya Prezidenti Kiyevə gedib

   Almaniya Prezidenti Kiyevə gedib
  25 Oktyabr 2022    Oxunub:812
Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya gedib.
AzVision.az xəbər verir ki, bu, Ştaynmayerin Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan bəri Kiyevə ilk səfəridir.

Qatarla Ukraynaya gedən prezidentin Volodimir Zelenski ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, bu, Frank-Valter Ştaynmayerin Kiyevə gəlmək üçün üçüncü cəhdidir. Keçən həftə o, təhlükəsizlik səbəbi ilə Ukraynaya planlaşdırılan səfərini təxirə salmışdı.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti