Mask şahmatçı Kasparovu axmaq adlandırıb

   Mask şahmatçı Kasparovu axmaq adlandırıb
  24 Oktyabr 2022    Oxunub:1301
“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu, milyarder İlon Mask şahmat üzrə eks-dünya çempionu, erməni əsilli şahmatçı Harri Kasparovu axmaq adlandırıb.
AzVision.az xəbər verir ki, Kasparov CNBC telekanalına müsahibəsində Maskın Ukrayna ilə bağlı sülh təşəbbüslərini pisləyərək deyib: “Niyə Silikon vadisindəki rahat malikanələrdə oturanlar Ukraynaya iş öyrədirlər?”

Maskın ona cavabı isə gecikməyib. O, tvitter hesabında yazıb: "Kasparovun şahmat oynamaqda mənim iPhone-um kimi yaxşı olduğu doğrudur, yoxsa ki axmaqdır".

AzVision.az



Teqlər:





Xəbər lenti